Onun ən böyük arzusu yaxın dostu, Aprel döyüşlərində şəhid olan Emin Bağırovun qisasını almaq idi. Əsgərlikdən tərxis olunmasına 3 gün qalmış Vətən müharibəsi başlayıb. 23 yaşlı Vüsal Məmmədov ruh yüksəkliyi ilə döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaətlər göstərib. Döyüşlərdə öz komandirini xilas edərək, özü yaralı halda döyüşməyə davam edib və qəhrəmancasına şəhid olub. Qəhrəmanın nəşi ermənilərin nəzarət etdiyi bölgədə qaldığı üçün 52 gün onu ailəsinə təhvil vermək mümkün olmayıb.