İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Əlizadə Nicat Qorxmaz oğludur.
Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat Əlizadə 15.09.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Biləsuvar qəsəbəsində yerləşən Vahid İsmayılov adına Çərəkən tam orta məktəbin 10-cu sinfini bitirərək peşə məktəbinə daxil olmuş, 2019-cu ildə peşə məktəbini bitirmiş və oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır.
Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimiz 08 oktyabr 2020- ci ildə Biləsuvar qəsəbəsindəki məzarlıqda dəfn edilmişdir.
İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!